Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətin baş verdiyi ölkənin Çoko departamentinin San-Xose-del-Palmar bölgəsində dağıntıların aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər davam etdirilir.
Kolumbiya Paytaxtlar Birliyinin yaydığı məlumata görə, zəlzələ nəticəsində ölkə üzrə 181 nəfər həyatını itirib. Ölənlərin 66-sının Pereyra şəhərində qeydə alındığı bildirilir.
Təbii fəlakət nəticəsində ən azı 1 310 nəfərin yaralandığı açıqlanıb.
Güclü yeraltı təkanlar yaşayış evləri və dövlət müəssisələri də daxil olmaqla çoxsaylı tikililərə ciddi ziyan vurub. İlkin hesablamalara əsasən, ən azı 1 865 bina ciddi zədələnib.
Səlahiyyətli qurumlar bölgədə axtarış-xilasetmə və yardım işlərini davam etdirir. Dağıntıların miqyası və zəlzələnin ölkəyə vurduğu zərərin tam həcmi ilə bağlı qiymətləndirmələr davam edir.