ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının müddətinin uzadılması barədə razılıq əldə edildiyi bildirilir.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, tərəflər İslamabad Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan 60 günlük müddətin gələn həftə başa çatması səbəbindən atəşkəsin uzadılması barədə razılaşıblar.
Məlumata əsasən, Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın müddəti uzadılacaq. Atəşkəsin yeni müddətinin nə qədər olacağı və bununla bağlı digər detallar barədə isə hələlik əlavə məlumat verilməyib.
Pakistan tərəfinin açıqlamasına görə, İslamabad Anlaşma Memorandumu çərçivəsində müəyyənləşdirilən 60 günlük müddətin başa çatmasına az vaxt qaldığı üçün atəşkəsin davam etdirilməsi ilə bağlı müzakirələr aparılıb.