Yunanıstanın məşhur istirahət bölgələrindən olan Xalkidikidə baş verən meşə yanğını turistlərə qorxulu anlar yaşadıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alovların yaşayış məntəqələrinə yaxınlaşması nəticəsində Siviri çimərliyində köməksiz qalan istirahətçilər qayıqlarla təxliyə edilib.
Yanğının söndürülməsinə Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları ilə yanaşı, xüsusi qayıqlar da cəlb olunub. Yanğınsöndürmə qrupları isə alovlara həm havadan, həm də qurudan müdaxilə edib.
Yanğın nəticəsində təxminən 4 min dönüm meşəlik ərazinin zərər gördüyü, bəzi ev və avtomobillərə ziyan dəydiyi bildirilib. Bölgədəki bioloji təmizləmə qurğusunun da tamamilə yararsız vəziyyətə düşdüyü qeyd olunub.
Yanğının nəzarət altına alındığı, lakin alovların yenidən yayılmasının qarşısını almaq üçün qrupların ərazidə işlərini davam etdirdiyi bildirilib.