Yaponiyanın Çiba prefekturasında yağan güclü yağışlar nəticəsində həlak olanlar və xəsarət alanlar olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi 12 saat ərzində 348 millimetr yağıntı qeydə alındığını və bunun prefekturada avqust ayı üzrə orta göstəricidən təxminən üç dəfə çox olduğunu açıqlayıb.
Çiba prefekturasının səlahiyyətli qurumları Çiba, Kaşiva, İçikava, Sakura və Yaçiyo şəhərlərində baş verən hadisələr nəticəsində ümumilikdə 8 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə yüngül xəsarət aldığını bildiriblər.