Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Girnə sahillərində baş verən gəmi faciəsi ilə əlaqədar 3 günlük milli matəm elan edilib.
Manset.az xəbər verir ki, matəm avqustun 31-dən sentyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, Girnə limanından Mersinin Taşucu limanına hərəkət edən sərnişin gəmisi avqustun 30-da su alaraq alabora olub. Hadisə nəticəsində 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir
Faciə ilə bağlı araşdırma aparılır.