logo
logo logo
logo

Ayı tövləyə girdi - 144 baş heyvan öldü

15:53 - 31 Avqust 2026

Ayı tövləyə girdi - 144 baş heyvan öldü

Türkiyənin Ərzincan vilayətinin Koçyatağı kəndində ayının tövləyə girməsi nəticəsində 144 xırdabuynuzlu heyvan tələf olub.


Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında İsmayıl Mutluya məxsus tövlənin qapısını sındıraraq içəri daxil olan ayı heyvanlara hücum edib.

Səhər saatlarında tövləyə gələn sahib çoxlu sayda heyvanın öldüyünü görərək aidiyyəti qurumlara məlumat verib.

Hadisə yerinə gələn Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və polis tərəfindən aparılan araşdırma zamanı tövlənin qapısında ayıya məxsus caynaq izləri aşkarlanıb.

Heyvanları tələf olan fermer İsmayıl Mutlu bildirib ki, ayı qapının qıfılını qıraraq tövləyə daxil olub. O, dəymiş ziyanın ödənilməsini istəyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az