Futbolun canlı əfsanəsi Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı ulduz futbolçu Argentina millisi ilə 2026-cı il Dünya Çempionatının finalında çıxış edib. Messi daha əvvəl 2022-ci ildə Dünya Çempionatının qalibi olmuşdu.
Argentina millisinin üzvü bunları deyib: "Bu, ürəyimi ağrıdan bir qərardır, lakin artıq zamanın yetişdiyini anlayıram. And içirəm ki, əlimdən gələnin ən yaxşısını etdim, təkcə hər şeyi qazandığımız son illərdə deyil, həmişə mübarizə apardım – bu forma uğrunda, sizə sevinc bəxş etmək və futbol vasitəsilə argentinalı olmağınızla qürur duymanızı təmin etmək üçün bütün varlığımla çalışdım..."