Başakşehir rayonunun Şamlar məhəlləsində tikinti sahəsində torpaq sürüşməsi baş verib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı iki işçi torpaq altında qalıb.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində işçilərdən biri yaralı vəziyyətdə xilas edilərək xəstəxanaya çatdırılıb. Digər işçi, 25 yaşlı Ferdi Yağşının isə həyatını itirdiyi müəyyənləşib.
Hadisə ilə bağlı araşdırma aparılır.