Türkiyədə sənaye zonasında yerləşən avtomobil təmiri emalatxanasında baş verən partlayış nəticəsində xəsarət alıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə "İstasyon" məhəlləsindəki Yeni Sənaye Bölgəsində yerləşən bir avtomobil təmiri emalatxanasında baş verib. Obyekt sahibi E.Ç. və işçisi D.D. LPG çənində texniki baxış işləri apararkən partlayış olub.
Partlayış nəticəsində E.Ç. və D.D. xəsarət alıblar. Ətrafdakıların məlumat verməsindən sonra hadisə yerinə polis, yanğınsöndürmə, təcili tibbi yardım qrupları cəlb edilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar müalicə üçün Trakiya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıblar. E.Ç.-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmaq aparılır.