İngiltərə futbolunun əfsanəvi simalarından biri olan Stiven Cerrard, "Trabzonspor"un Fatih Tekke ilə yollarını ayırmasından sonra kluba təklif olunub.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Fatih Tekkenin ayrılmasından sonra "Trabzonspor" yeni baş məşqçi axtarışına başlayıb. Klub prezidenti Ərtoğrul Doğan daha əvvəl bildirmişdi ki, yeni məşqçinin yerli namizəddən daha çox əcnəbi olması ehtimalı yüksəkdir.
"Liverpul"un əfsanəsi Stiven Cerrard "Trabzonspor"a təklif olunub.