logo
logo logo
logo

Floridada təyyarə qəzası - Ölənlər var 

22:12 - 03 Sentyabr 2026

Floridada təyyarə qəzası - Ölənlər var 

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.


Manset.az Fox 29-a istinadən xəbər verir ki, bu barədə qraflığın yanğın-xilasetmə xidməti və şerif ofisi bildirib.

Qeyd edilib ki, "911" xidmətinə təcili müraciətdən sonra yanğınsöndürənlər hadisə yerinə gəliblər. Təyyarə tamamilə alov içində olub. Yanğın 10 dəqiqədən az müddətdə söndürülüb.

Göyərtədə yalnız 2 nəfər olub və hər ikisi həlak olub.

Yanğın-xilasetmə xidmətinin məlumatına görə, təyyarə hadisədən qısa müddət əvvəl "Tampa Executive Airport" hava limanından uçub.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Ölənlərin şəxsiyyəti də açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az