ABŞ-ın Venesueladakı 17 neft yatağı üzərində 100 illik istismar hüququnu əldə etməsi qlobal enerji balansında yeni bir dövrün başlanğıcını qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı imzaladığı neft sazişi, dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik olan bu ölkədə enerji resurslarına nəzarət baxımından yeni bir dövrün başlanğıcı oldu.
Vaşinqtonun 17 neft yatağı üzrə 100 illik istismar hüquqlarını əldə etməsi, hasilatın bir hissəsini maya dəyəri ilə satın almaq səlahiyyəti və yaradılacaq şirkətdə birbaşa pay sahibi olması bu sazişi sadə bir kommersiya investisiyası səviyyəsindən yüksəldərək, onu qlobal enerji baxımından həyati əhəmiyyətli edir. Analitiklərin fikrincə, Venesuela nefti ABŞ-ın enerji təhlükəsizliyi, Çin və Rusiyanın Latın Amerikasındakı mövcudluğu, Karib hövzəsindəki güc balansı və qlobal neft bazarı üçün strateji əhəmiyyət daşıyır.