İstanbulda 39 müxtəlif hüquq firmasında axtarış və əşyaların götürülməsi əməliyyatlarına başlanılarkən, istintaqın ilkin mərhələsində 10 şübhəli şəxs barəsində cinayət işi açılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Akın Gürlek vətəndaşların şəxsi məlumatlarının qanunsuz əldə edilməsi və sonradan "panellər" kimi tanınan sorğu sistemləri vasitəsilə istifadə olunması ilə bağlı aparılan araşdırma çərçivəsində 31 vəkil barədə saxlanılma qərarı verildiyini açıqlayıb.
İstanbul Baş Prokurorluğunun Kibercinayətlərin İstintaqı Bürosunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaqda yeni mərhələyə qədəm qoyulub.