Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, məhdudiyyətlər dövlət sərhədi boyunca bir kilometr uzunluğunda zolaq daxilindəki torpaq sahələrinə şamil olunur.
“Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 km enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq”, - açıqlamada bildirilir.