İsveçrə Alplarında hollandiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində 5 nəfər həyatını itirib, 40 nəfər isə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İsveçrə Alplarının Zernez bölgəsində, Susch qəsəbəsi yaxınlığında qeydə alınıb. Polisin yaydığı yazılı açıqlamaya görə, dünən yerli vaxtla saat 16:45 radələrində Susch istiqamətində hərəkətdə olan turist avtobusu təmir-tikinti işləri aparılan ərazidən keçərkən idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində 5 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xilasetmə əməliyyatlarına 7 helikopterin cəlb olunduğu bildirilsə də, qəzanın dəqiq səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.