Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduğunu bəyan edib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtondan olan nümayəndələr Moskva və Kiyevlə əlaqə saxlayaraq ayın sonunadək görüş keçirməyi təklif edirlər.
“Dünən mən onlara tərəfimizin bunu dəstəkləməyə hazır olduğunu təsdiqlədim”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna tərəfi bu görüşü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və ya ABŞ-nin təklif edəcəyi başqa bir ölkədə keçirməyə razıdır.