logo
logo logo
logo

Ermənistan parlamentinin iclasında insident - VİDEO

13:45 - 27 Oktyabr 2026

Ermənistan parlamentinin iclasında insident - VİDEO

Ermənistan Milli Assambleyasının bugünkü iclası təhlükəsizlik xidməti əməkdaşlarının iclas zalına çağırılması ilə başlayıb. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə müxalif “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryan çıxış edərkən baş verib.

Belə ki, Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı tənqid edib.

Rubinyan müxalif deputatdan bir neçə dəfə cari gündəliklə bağlı çıxış etməsini xahiş etsə də, Kazaryan buna məhəl qoymayıb. Nəticədə spiker deputatın mikrofonunun söndürülməsini tələb edib, bir qədər sonra isə o, təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az