"Məqsədim sülh müqaviləsi imzalanıb təsdiqləndikdən sonra baş nazir vəzifəmdə səlahiyyətlərimə son qoymaqdır".
Manset.az Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
"Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm", - deyə o qeyd edib.
Onun sözlərinə görə, hər gün bizi sülh gündəliyindən yayındıra biləcək gündəmlərlə qarşılaşırıq. Eyni zamanda, Paşinyan sülh müqaviləsinin bağlanması və təsdiqlənməsi məqsədinə sadiq qalmaq niyyətində olduğunu bildirib.