Zelenski Putinə görüş təklif etdi

20:34 - 19 Fevral 2022

Zelenski Putinə görüş təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə görüş təklif edib.

 

“Mən Rusiya Prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”, - deyə V.Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Manset.az xəbər verir ki, o, çıxışı zamanı həmçinin Budapeşt Memorandumunun iştirakçı ölkələrinin sammitinin çağırılmasını istədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az