Avropa İttifaqı bu şəxslərə sosial mediadan istifadəni qadağan edəcək

15:54 - 17 Fevral 2026

Avropa İttifaqı bu şəxslərə sosial mediadan istifadəni qadağan edəcək

Avropa İttifaqı ölkələri Avstraliyanın 16 yaşdan kiçik uşaqlara sosial media platformalarını qadağan etmə qərarını izləyir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dekabr ayında Avstraliyada "TikTok", "Instagram" və "X" kimi sosial media platformalarının 16 yaşdan kiçik uşaqlara qadağan edilməsi ilə tarixi bir qərar alındıqdan sonra, Avropa İttifaqı ölkələri də oxşar addımlar atmağa başlayıb.

Avstraliyaya nümunə olaraq Avstriya, İtaliya, Yunanıstan, Belçika, Danimarka, İrlandiya, Portuqaliya və Çexiya kimi ölkələr, gəncləri "qorumaq" məqsədilə bu şirkətlərə qarşı daha sərt cəza tədbirləri tətbiq etməyi nəzərdən keçirirlər.

Bu məsələdə sürətlə hərəkətə keçən ölkələr də var. İspaniya Baş naziri Pedro Sanchez, bu ayın əvvəlində 16 yaşdan kiçik uşaqlar üçün sosial media platformalarının qadağan ediləcəyini açıqlayıb. Fransada isə 15 yaşdan kiçiklərin sosial media platformalarına girişi qadağan edən qanun layihəsi yanvar ayında qəbul edilib. Türkiyədə də 15 yaşdan kiçiklərə məhdudiyyət qoyan bir tənzimləmə üzərində iş aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az