Braziliyada daşqın qurbanlarının sayı 152-yə çatdı - 165 nəfər itkin düşdü

10:15 - 20 Fevral 2022

Braziliyada daşqın qurbanlarının sayı 152-yə çatdı - 165 nəfər itkin düşdü

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 152 nəfərə çatıb. Onlardan 27-si azyaşlıdır.

Manset.az  “Globo”ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 165 nəfər itkin düşüb.

Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib. İtkin düşənlərin axtarışlarına 500 xilasedici, 200 polis, o cümlədən hərbçilər və könüllülər cəlb olunub. Onların hesablamalarına görə, faciədən dörd gün sonra sağ qalanları tapmaq şansı 7%-dən çox deyil. Şənbə günü axtarış işləri şəhəri bürüyən qatı duman və yağıntıların davam etməsi səbəbindən çətinləşib.

Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki,fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az