Əbu-Dabidə doqquz min illik tikililər tapıldı

09:02 - 21 Fevral 2022

Əbu-Dabidə doqquz min illik tikililər tapıldı

Arxeoloqlar Əbu-Dabinin qərbində yerləşən Qaqa adasında yaşı 8500 ildən çox olan tikililərin qalıqlarını aşkar ediblər.

 

Manset.az xəbər verir ki, bu, BƏƏ-də məlum olan ən qədim inşaat qalıqlarıdır.

Alimlərin fikrincə, qalıqları aşkar edilən sadə yuvarlaq otaqların hündürlüyü təxminən bir metrə çatıb. Ölkənin ilk sakinləri məhz belə evlərdə yaşayıb. Onların daxilində yüzlərlə artefakt, o cümlədən məharətlə işlənmiş daş ox ucları tapılıb.

Mütəxəssislər hesab edirlər ki, bu yaşayış məntəqəsi təxminən, beş min il əvvəl tərk edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az