“Kiyev vilayətində itkilərimiz var” - Ukrayna DİN

11:04 - 24 Fevral 2022

“Kiyev vilayətində itkilərimiz var” - Ukrayna DİN

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, aviazərbə nəticəsində bina və 4 mərtəbəli ev yanıb. Evin üçüncü və dördüncü mərtəbələrinə qismən zərər dəyib. Hazırda hərbçilər təxliyə əməliyyatları həyata keçirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az