Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

11:34 - 24 Fevral 2022

Bu ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skott Morrison SBS telekanalının efirində deyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiya parlamentinin 300 üzvünə şamil oluna bilər.

“İndi biz daha 25 şəxsə, o cümlədən hərbi rəhbərlərə, müdafiə nazirinin müavinlərinə və təxribatçı və qəbuledilməz təcavüzə görə məsuliyyət daşıyan Rusiya muzdlularına, həmçinin hərbi texnologiyalar və silahların işlənib hazırlanması və satışı ilə məşğul olan 4 şəxsə qarşı sanksiyalar tətbiq etməyə davam edirik”, - Morrison deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az