BMT Ukraynaya yardım planını açıqladı

21:39 - 01 Mart 2022

BMT Ukraynaya yardım planını açıqladı

BMT Baş katibi Antoniu Quterreş Ukraynada yaxın aylarda baş verəcək humanitar böhranın qarşısını almaq üçün təşkilatın planlaşdırdığı əsas yardım paketini açıqlayıb.

Manşet.az report-a istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki qərargahında təşkil olunan “Humanitar Yardımın Birgə Təşviqi və Qaçqınlara Regional Dəstək Planı" başlıqlı iclasa Nyu-Yorkdan qatılan A.Quterreş Ukraynadakı müharibə ilə əlaqədar humanitar böhranın yaxınlaşdığını və milyonlarla insanın köməyə ehtiyacı olacağını deyib.

Baş katib bildirib ki, müharibədən təsirlənən və köçkün vəziyyətinə düşmüş 6 milyondan çox insanın ehtiyaclarını qarşılamaq üçün Ukraynaya 1,1 milyard ABŞ dolları, sərhədləri keçərək qonşu ölkələrə köç edən ukraynalılar üçün isə 551 milyon dollar məbləğində yardım tələb olunur. A.Quterreş BMT-nin tələb olunan məbləğin toplanması üçün fəaliyyətə başladığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az