Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Manşet.az xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində yazıb.
"İndicə Baydenlə danışdım. Rusiyaya sanksiyalarda Amerikan liderliyini və Ukraynaya müdafiə xarakterli yardımları müzakirə etdik. Təcavüzkarı tez bir zamanda dayandırmaq lazımdır. Dəstəyə görə təşəkkür edirəm”, - deyə dövlət başçısı qeyd edib.