“Rusiyanı məsuliyyətə cəlb edəcəyik, sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”- BAYDEN

23:51 - 01 Mart 2022

“Rusiyanı məsuliyyətə cəlb edəcəyik, sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”- BAYDEN

“Ukraynanın özünü Rusiya təcavüzündən müdafiə edən təhlükəsizlik yardımı və humanitar yardım da daxil olmaqla, ona davamlı dəstəyimizi müzakirə etmək üçün indicə Prezident Zelenski ilə danışdım.

Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik və sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”.

Manşet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden özünün tviter hesabında yazıb.

Daha əvvəl Volodimir Zelenski də ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.

O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az