24 saat vaxt verilən Putinin dostu işdən çıxarıldı - FOTO

10:24 - 02 Mart 2022

24 saat vaxt verilən Putinin dostu işdən çıxarıldı - FOTO

Rusiya prezidenti Vladimir Putinin dostu, onun siyasətini dəstəkləyən məşhur dirijor Valeri Qerqiyev Almaniyanın Münhen Filarmoniyasındakı işindən azad edilib.

 

Manset.az xəbər verir ki, 68 yaşlı sənətçiyə Putinin Ukraynaya hücumunu qınamazsa işindən qovulacağı barədə xəbərdarlıq edilmişdi.

Bundan sonra isə ona 24 saat vaxt verilmişdi. Ötən gün həmin müddət sona yetdiyinə görə Valeri Qerqiyev işdən azad edilib.

Qeyd edək ki, məşhur dirijoru Münhen meri Dieter Reiter işindən uzaqlaşdırıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az