“Ukraynanın Xarkov vilayətinin Rusiya qoşunları tərəfindən atəşə tutulması nəticəsində son sutkada azı 21 nəfər həlak olub, daha 112 nəfər yaralanıb”.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Xarkov Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən “Reuters” agentliyi yayıb.
Onun sözlərinə görə, Xarkov şəhərinin mərkəzinə, yaşayış bölgələrinə raketlər atılıb. Raketlər vilayət administrasiyasının binasını dağıdıb.