Ukraynadakı bəzi mənbələr ölkədəki təxribatçıların Rusiya döyüş təyyarələrinin vurması üçün bir çox kritik nöqtələri qeyd etdiyini iddia edib.
Manset.az-ın məlumatına görə, İngiltərənin “The Sun” qəzetindəki xəbərdə rus tərəfdarlarının xaç qoyduğu binanın şəkli Twitter-də paylaşılıb.
Başqa bir paylaşılan görüntüdə Putin tərəfdarlarının rus qoşunlarının daha yaxşı görüb məhv etmələri üçün böyük qaz kəmərini işarələdikləri görünür.
Səlahiyyətlilər şəhər sakinlərindən həmin işarələnmiş yerlərdən uzaq durmağı və diqqətli olmağı xahiş edib. Həmçinin vətəndaşlardan təxribatçıların obyektləri işarələdiyini görəndə aidiyyatı dövlət qurumlarına məlumat vermələri xahiş edilib.