İspaniya Ukraynaya hərbi dəstək göstərəcəyini açıqlayıb.
Manset.az "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Pedro Sançez parlamentdə bildirib.
“İspaniyanın Ukrayna müqavimətinə dəstək üçün hücum xarakterli hərbi material göndərəcəyini bildirmək istərdim”, - Baş nazir çıxışında deyib.
Qeyd edək ki, İspaniya hökuməti daha əvvəl Ukraynaya hərbi yardım göstərməyəcəyini açıqlayıb.