Yunanıstanın Türkiyə sularına itələdiyi 59 miqrant xilas edildi

23:54 - 11 Yanvar 2023

Yunanıstanın Türkiyə sularına itələdiyi 59 miqrant xilas edildi

İzmirin Çeşme və Seferihisar Sahil Mühafizə Xidmətinin əməkdaşları Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 59 miqrantı xilas edib.

 

Manset.az xəbər verir ki, qanunsuz yollarla Yunanıstana keçməyə çalışan və yunan tərəfindən rezin qayıqlarla Türkiyə tərəfinə göndərilən miqrantlar sularda köməksiz qalıb.

Sahilə çıxarılan 59 miqrant prosedurların ardınca Miqrasiya İdarəsinə göndərilib.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az