Rusiya prezidenti Vladimir Putin Daxili İşlər naziriliyinin yüksəkvəzifəli 5 generalını əmrlə vəzifələrindən azad edib.
Manşet.az xəbər verir ki, onlardan ikisi Moskva Polis İdarəsinin rəis müavinləri  Andrey Ponorç və Natalya Aqafyevadır. İşdən azad olunan digər 2 general  DİN mərkəzi aparatında çalışıb. 
                                                            
                                                            5-ci  istefaya göndərilən general Dmitriy Şarobarov isə  10 ildən artıq idi ki, DİN Baş nəqliyyat idarəsinə rəhbərlik edib.  İşdən çıxarılan generallar pensiyaya göndərilib.
ölkə.az