Pakistanda partlayış - 4 hərbçi həlak oldu, xəsarət alanlar var

10:11 - 26 Sentyabr 2021

Pakistanda partlayış - 4 hərbçi həlak oldu, xəsarət alanlar var

Pakistanın Bəlucistan əyalətində avtomobilin partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 2 nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib. Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Əraziyə güc strukturlarının əməkdaşları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı üzərinə götürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az