Putinin özünütəcrid rejimi başa çatdı

14:21 - 29 Sentyabr 2021

Putinin özünütəcrid rejimi başa çatdı

Rusiya Prezidenti Vladimir Putin de-fakto özünütəcrid rejimindən çıxıb.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, bu gün Soçi şəhərində V.Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Ona görə də V.Putinin özünütəcrid rejimi başa çatıb.

Qeyd edək ki, Rusiyanın dövlət başşısı sentyabrın 14-dən özünütəcrid rejimində işləyirdi. Buna səbəb onun yaxın ətrafının koronavirusa yoluxması idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az