“Rusiyada koronavirusla bağlı vəziyyət gərgindir”.
Manşet.az xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişutsin rəsmilərlə keçirdiyi onlayn iclasda bildirib.
“Ölkəmizdə koronavirusla bağlı vəziyyət gərgindir. Yoluxma sayı artır. Hər gün 20 mindən çox yeni yoluxma aşkarlanır.
Bölgələr virusa qarşı tədbir görməlidirlər. Vaksinasiya prosesi sürətləndirilməlidir”, - baş nazir qeyd edib.