Bu ölkədə vaksinasiya məcburi OLACAQ

20:47 - 30 Sentyabr 2021

Bu ölkədə vaksinasiya məcburi OLACAQ

Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.

Manşet.az xəbər verir ki, bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.

"Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib", - nazir vurğulayıb.

Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: "Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox".

Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az