Saakaşvili Gürcüstanda saxlanıldı

20:02 - 01 Oktyabr 2021

Saakaşvili Gürcüstanda saxlanıldı

Mixail Saakaşvili Gürcüstanda saxlanılıb. 

Manşet.az TASS-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin tutulması barədə məlumatı Baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib. "Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili saxlanılıb və  cəzaçəkmə müəssisəsinə köçürülüb", - deyə Qaribaşvili vurğulayıb

Xatırladaq ki, M.Saakaşvili öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı. Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Saakaşvilinin rəsmi şəkildə ölkə sərhədini keçmədiyini bildirmişdi. 

 


 Bizi Telegramda izləyin


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az