Türkiyə öz sərhədlərini İranın yük maşınlarına bağladı

19:27 - 07 Oktyabr 2021

Türkiyə öz sərhədlərini İranın yük maşınlarına bağladı

Türkiyə İranın yük maşınları üçün bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.

Manşet.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin İranla ticarətin inkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bildirib. Onun sözlərinə görə, bu qərar Türkiyə TIR-larının İrana keçidinə qadağa qoyulması fonunda qəbul edilib.

“İranla Türkiyə arasındakı ticarət dövriyyəsi İran və Azərbaycan sərhədindəki gərgin vəziyyətə görə tamamilə dayandırılıb”, - deyə Alaş bildirib.

O əlavə edib ki, koronavirus pandemiyası səbəbindən onsuz da ticarət dövriyyəsi artıq azalıb və mövcud vəziyyət də Tehran və Ankaranın ticarət əlaqələrinə mənfi təsir göstərə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az