Çex Respublikasında parlament seçkiləri keçirildi

23:08 - 08 Oktyabr 2021

Çex Respublikasında parlament seçkiləri keçirildi

Çex Respublikasında parlament seçkiləri keçirilir.

Manşet.az xəbər verir ki, təxminən 8 milyon seçicinin olduğu ölkədə səsvermə iki gün davam edəcək.

Parlament seçkilərində 22 partiya və ittifaq iştirak edir.

Seçicilər bu gün yerli vaxtla 14:00-22:00 və sabah 08:00-14:00 arasında 14 seçki dairəsində səs verə biləcəklər.

Təxminən 10,5 milyon əhalisi olan ölkədə keçirilən son rəy sorğularına görə, 9 partiya 5 yerlik seçki baryerini keçərək 200 yerlik parlamentdə təmsil olunmaq hüququ qazanacaq.

Son rəy sorğularına görə hakim ANO hərəkatı ən yüksək- 27 faiz səslə parlamentdə təmsil olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az