Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Manşet.az xəbər verir ki, rayonunun Hüləbətli kəndi ərazisində Kəlbəcər rayon sakini Rasim Abbasov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Ağdam rayon sakini, 6 yaşlı Günəş Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada dünyasını dəyişib.
Tərtər RPŞ tərəfindən araşdıram aparılır.