Azərbaycan karvanı atəşə tutuldu - Rusiya Müdafiə Nazirliyi

23:20 - 14 Oktyabr 2021

Azərbaycan karvanı atəşə tutuldu - Rusiya Müdafiə Nazirliyi

Oktyabrın 13 -də Sarsang su anbarının ərazisində, Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycanın tikinti texnikası karvanı atəşə tutulub.

Manşet.az xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, karvanı Rusiya sülhməramlıları müşayiət edirdi.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az