Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.
14:59
Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidəki yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.
14:22
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Manset.az-a verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.