Rayonun Sarıca kənd sakini, 49 yaşlı İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, qəza zamanı sürücü İ.Əliyev və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.