Şəhid atasının evi yanıb kül oldu - VİDEO

00:47 - 21 Oktyabr 2021

Şəhid atasının evi yanıb kül oldu - VİDEO

Qaxda şəhid atasının evi tamamilə yanıb.

Manset.az-ıın “Qafqazinfo”ya istinadən məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nasim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nasim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az