Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

23:29 - 26 Oktyabr 2021

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki,  hadisə Yasamal rayonunda qeydə alınıb.

“Qələbə” dairəsində yolu keçən təqribən 45-50 yaşlı kişini avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin ağır dərəcəli travmaları diaqnozları qoyulub.

Yaralı komada olduğundan onun kimliyi hələ müəyyən olunmayıb.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az