Ağsuda avtomobil qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Muradlı kənd istiqamətində baş verib.
Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982-ci il təvəllüdlü İmanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.
Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.