Bərdədə binada güclü yanğın, icra başçısı hadisə yerində - Video+Yenilənib

07:44 - 29 Oktyabr 2021

Bərdədə binada güclü yanğın, icra başçısı hadisə yerində - Video+Yenilənib

Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

 

 Manset.az xəbər verir ki, hazırda yanğın davam edir.

Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

***

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib.

***

Yaşayış binasında baş verən yanğın söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az