Bakıda insident: Vətəndaş polisi vurdu

15:59 - 29 Oktyabr 2021

Bakıda insident: Vətəndaş polisi vurdu

Ötən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.

Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib. Hadisə zamanı vətəndaş polisə yumruq zərbəsi endirib.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş ictimai asayişi pozduğu üçün polis ona yaxınlaşıb:

“Bu zaman vətəndaş müqavimət göstərib. O, saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az