Bakıda yük maşını 4 avtomobilə və avtobusa çırpıldı FOTOLAR

22:38 - 29 Oktyabr 2021

Bakıda yük maşını 4 avtomobilə və avtobusa çırpıldı FOTOLAR

Bakıda “20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.

O bildirib ki, 09 BO 440 DQN-lı yük avtomobili eyni istiqamətdə hərəkət edən dörd minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 DQN-lı avtobusla toqquşub.

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib. Sərnişin avtobusu depoya qayıtdığından sərnişin olmayıb

Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az